CƏMİYYƏT


Gürcüstandan 4 kiloqram qızıl keçirmək cəhdinin qarşısı alınıb

Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz E240” markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.
Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı minik maşınının mühərriki saxlayan hissəsində 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkarlanıb.