CƏMİYYƏT


Səyyar “ASAN xidmət” sentyabr ayında bu bölgələrdə olacaq

Səyyar "ASAN xidmət" 2 sentyabr – 1 oktyabr Binəqədi, Maştağa və Binə qəsəbələri, Şəmkir, Cəlilabad, Ağcabədi, İsmayıllı, Qazax, Balakən və Beyləqanda, 5 – 16 sentyabr Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.