CƏMİYYƏT


Dövlət Statistika Komitəsi siyahıyaalma ilə bağlı daha bir videoçarx hazırlayıb

Azərbaycanda 10 ildən bir keçirilən siyahıyaalma bu il 1-10 oktyabr tarixində keçiriləcək. Prosesə 43 min insan cəlb olunacaq. Əhalinin sayına uyğun sorğu vərəqələri çap edilib. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir.