CƏMİYYƏT


“Hərbiyyə - 2019”-un dördüncü günü bədii proqramla başa çatıb

Müdafiə Nazirliyi, “ASAN Xidmət” və "ASAN Könüllüləri" təşkilatının birgə layihəsi olan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində əsl əsgər həyatı yaşanır.
Günün nizam qaydalarına uyğun olaraq düşərgə sakinləri sübh tezdən yuxudan oyanır, idman edir, səhər yeməyi süfrəsində ən ləziz təamlardan dadır, sıra baxışı olur, günün proqramı elan edilir və komandalar günün qalibi olmaq əzmi ilə təlim və yarış meydanlarına tələsirlər.