CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Nur-Sultanda Beynəlxalq Antikorrupsiya Akademiyasının sessiyasında iştirak edir

Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyası Üzv Dövlətləri Assambleyasının 8-ci sessiyası, eləcə də Akademiyanın İdarə Heyətinin növbəti iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, təşkilatın ümumi siyasətinin, habelə maraq doğuran digər məsələlərin müzakirə olunduğu İdarə Heyətinin iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İdarə Heyətinin üzvü qismində iştirak edib.