CƏMİYYƏT


Kiloqramı 11 min dollara satılan Abşeron zəfəranının yığımı REPORTAJ

Azərbaycanda zəfəran istehsalı ənənələri dirçəldilir. Bu çox qiymətli ədvanın əsas əkin sahələri hazırda Abşeron yarımadasında - Bakıda və ətraf kəndlərdə yerləşir. Abşeron zəfəranı həmişə yüksək keyfiyyəti və məhsuldarlığı ilə seçilib. Hazırda Azərbaycanda zəfəran istehsalının artırılması üçün potensial var. Pirşağıda yerləşən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda Abşeron zəfəranı yetişdirilir. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyir ki, 1 kiloqramı 11 min dollara kimi satılan Abşeron zəfəranının əkinlərini artırmaq və bu işi kütləviləşdirmək üçün müvafiq tədqiqat işləri aparırlar.