CƏMİYYƏT


Saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əsginası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı qeyd edilən saxta əsginaslar aşkarlanaraq götürülüb. H.Heydərovun ətrafına keçirilən əlavə tədbirlərlə onun saxta əsginasları tanışı, paytaxt sakini əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub.