CƏMİYYƏT


Yevlaxlı nalbənd: Nal atın dırnağının sədəfini zədələnməkdən qoruyur

Azərbaycanda tarixən daşişləmə, dulusçuluq, xalçaçılıq, boyaçılıq, zərgərlik, misgərlik, qalayçılıq, metalişləmə, dəmirçilik, nalbəndlik kimi sənət növləri inkişaf edərək geniş yayılıb. Xalqımızın uzun tarixi dövr ərzində yaratdığı bir çox sənət növləri kimi nalbəndlik də nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb.
Nalbəndlik sənəti XX əsrin 50-ci illərinədək geniş yayılsa da, texnikanın inkişafı ilə əlaqədar hazırda bu sənətlə məşğul olanlar barmaqla sayılacaq qədərdir. Nalbəndlik sənətini yaşadanlardan biri də Yevlax rayonunun Salahlı kənd sakini Ramin Hüseynovdur.