CƏMİYYƏT


Mərdəkanda zoomarketə basqın edənlər tutuldular

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər.
Məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçirib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar.