CƏMİYYƏT


Azərbaycan BMT ilə əməkdaşlığa yüksək dəyər verir

Yanvarın 16-da BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycan hökumətinin BMT ilə əməkdaşlığa yüksək qiymət verdiyini bildirib, həmin əlaqələrin ölkəmiz üçün faydalı olduğunu deyib.