CƏMİYYƏT


İşlərini təmənnasız görən könüllülər – Masallı “ASAN xidmət” mərkəzindən REPORTAJ

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər” ili elan olunub. Sərəncamda deyildiyi kimi, respublikamızda könüllülük hərəkatının təşviqi məqsədi ilə dövlət tərəfindən zəruri addımlar atılaraq, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ölkəmizdə ümummilli hərəkata çevrilib. Könüllülük respublikamızın hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılıb, cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilib.