Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hazırda ölkəmizdə koronavirusla bağlı həkim müşahidəsində 186 nəfər var

27.02.2020 [14:16]

Səhər saat 10 üçün Kiliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayırılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.