CƏMİYYƏT


AZAL koronavirusun yayılması ilə mübarizədə təxirəsalınmaz tədbirlər görür

“Azərbaycan Hava Yolları” QSC (AZAL) koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir.

Belə ki, uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelərlə dezinfeksiyası həyata keçirilir. AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib, hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir, təyyarədə koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkarlandığı zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.