CƏMİYYƏT
Koronavirus, zökəm və qrip arasındakı simptom fərqləri - İnfoqrafika
Yeni koronavirus (COVİD-19) ilə qrip və zökəm arasında oxşar və fərqli cəhətlər var. Dünya Səhiyyə Təşkilatının açıqlamalarında yeni virusun simptomları qeyd olunur. Təşkilatın mütəxəssisləri bildirirlər ki, COVİD-19 virusunun əsas simptomları hərarət, süstlük və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun axması, boğazda ağrı, ishal ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə olunur. Bəzi adamlar isə yoluxsalar da onlarda heç bir əlamət görünmür və özlərini pis hiss etmirlər. İnsanların əksəriyyəti (80%) xüsusi müalicə olmadan belə sağalır. ÜST həmçinin onu da bildirir ki, 6 xəstədən 1-də xəstəlik ciddi olur, onların tənəffüsü çətinləşir. Yaşlı, təzyiqi yüksək, ürək-damar xəstəlikləri, şəkərli diabeti olan insanlarda xəstəlik daha ağır keçir.