CƏMİYYƏT


Yas mərasimi bəhanəsi ilə evdən çıxan 120 nəfər cəzalandırıldı

Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 120 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.