CƏMİYYƏT


Evdən 9000 manatlıq oğurluq edən şəxslər saxlanılıb

Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən evlərdən birindən oğurluq edilib. Naməlum şəxslər evə daxil olaraq oradan müxtəlif firmalara məxsus qızıl-zinət, geyim əşyaları, o cümlədən iki ədəd müvafiq sənədləri olan ov tüfəngi oğurlayıblar. Hadisə zamanı zərərçəkən ev sahiblərinə ümumilikdə 9000 manata yaxın maddi ziyan dəyib. Nəsimi Rayon Polis İdarəsi və 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Allahverdiyev və Etibar Cabbarov saxlanılıb. Hadisə günü saxlanılan şəxslər oğurluğa Etibar Cabbarova məxsus “KİA” markalı avtomobillə gediblər. Onlardan mənzildən oğurlanan əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.