CƏMİYYƏT


Ağdamın işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verilib

Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 23 iyul - Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi portalı (www.virtualkarabakh.az), “YouTube” kanalında (www.youtube.com/virtualkarabakhtv) və rəsmi “Facebook” səhifəsində (www.facebook.com/virtualkarabakh/) Ağdam rayonu və onun işğalının acı nəticələri ilə bağlı təqdim olunan məlumatların, infoqrafikaların, filmlərin, digər foto və video materialların gənclərin fəal iştirakı ilə müxtəlif sosial şəbəkələrdə paylaşılması həyata keçiriləcək.