CƏMİYYƏT


Baş Prokurorluğun hazırladığı növbəti maarifləndirici videoçarxda cinayət prosessual qanunvericiliyin tələbləri izah olunub

Dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən müasir, vətəndaşa yönümlü və onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.Baş Prokurorluğun mətbuat xidmətinin təqdim etdiyi videoda “Heç bilirdinizmi həbs nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah olunub.Həmin videonu Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrində, həmçinin veb-saytında izləmək mümkündür.