CƏMİYYƏT


FHN: Bu saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 cəsəd çıxarılıb

FHN-dən bildirilib ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni oktyabrın 11-də gecə saat 2.00 radələrində raket atəşinə tutması nəticəsində yaşayış binasına düşən raket binanı tamamilə dağıtdığı, sakinlərin dağıntılar altında qaldığı qeyd olunub.
Vurğulanıb ki, dərhal əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən bu saata qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 sakinin cəsədi çıxarılıb.