Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Doğma kəndimin azad edilməsi ad günümdə mənə ən böyük hədiyyə oldu” - Böyük Mərcanlı sakini

02.11.2020 [16:06]

Xəbərin mətni

Şanlı ordumuzun zəfər yürüşü nəticəsində ilk azad edilən yaşayış məntəqələrimizdən biri də Cəbrayılın Böyük Mərcanlı kəndidir. Bu tarixi gün - sentyabrın 27-si kənd sakinlərinin yaddaşında əbədi qalacaq.
AZƏRTAC xəbər verir ki, Böyük Mərcanlı sakinlərinin 27 illik həsrəti artıq başa çatdı. İndi kənd sakinləri ata-baba yurdlarına qayıdacağı günü gözləyirlər.