CƏMİYYƏT


Gənclər və İdman Nazirliyi Şuşanın işğaldan azad olunması ilə bağlı poster və videoçarx hazırlayıb

Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşa işğaldan azad olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlik və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi bu münasibətlə xalqımızı təbrik edir və ordumuza yeni zəfərlər arzulayır.
Qurum bununla bağlı "Vətən torpağı Şuşa" adlı poster və videoçarx hazırlayıb.