CƏMİYYƏT


Cəlilabadda üzüm bağlarında yeni, məhsuldar sortlardan ibarət yarma calağı vurulur

Cəlilabadda ata-babalarımızın calaqetmə təcrübəsindən geniş istifadə olunmaqla, hər il yeni üzüm növləri artırılır. Bu üsulla bağlardan bol və keyfiyyətli üzüm məhsulu yığılır. Hazırda bir müddətdir ki, fermerlər bağlarda yarma üsulu ilə calaq işlərinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, yarma calağı erkən yazda vurulur. Əvvəlcə calaq olunacaq ağac kök boğaz hissəsindən kəsilir, iti alətlə yarı bölünür, calaqüstü çərtilərək yarığa keçirilir.