SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş mayın 10-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında bildirib.
“Əvvəlcədən əldə edilmiş razılaşmalara uyğun olaraq mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq”, - deyə Ayxan Hacızadənin paylaşımında qeyd edilib.