CƏMİYYƏT


Qan donorluğunun inkişafında gənclərin və jurnalistlərin roluna dair konfrans keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü, Qan Donorları Assosiasiyası və Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən konfransda qan donorluğu və talassemiya haqqında məlumat verilib, eləcə də gənclərin və jurnalistlərin qan donorluğunun inkişafına töhfələri diqqətə çatdırılıb.