CƏMİYYƏT


“Təmiz hava” aylığı çərçivəsində Şabranda növbəti reyd keçirilib

Şabran Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsinin rəisi Nazim Kərimov bildirib ki, şəhərin əsas küçələrində keçirilən reyd zamanı, ümumilikdə, 60-dan çox avtomobil fərdi qaydada yoxlanılıb. Atmosfer havasını çirkləndirən 15 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.