CƏMİYYƏT


Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb

Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin əhəmiyyətindən danışıb. O deyib ki, Beynəlxalq Multikulturalizm Qış Məktəbi sivilizasiyalararası əlaqələrin təmin olunması baxımından mühüm önəm kəsb edir.