CƏMİYYƏT


Şabranlı çağırışçılar hərbi xidmətə yollanıblar

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Şabranda da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir. AZƏRTAC xəbər verir ki, aprelin 12-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ağsaqqallar və valideynlər iştirak ediblər.