CƏMİYYƏT


Qubada mağazalardan və evdən oğurluq edən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 18 yaşlı şəhər sakini saxlanılıb. Araşdırmalarla onun Qalib Əlibəyov olduğu müəyyən edilib. Q.Əlibəyovun digər cinayət əməllərinin də üstü açılıb. Məlum olub ki, o, cari ilin avqust-oktyabr aylarında rayon ərazisində yerləşən 5 müxtəlif mağazadan ümumilikdə 1020 manat və bir evdən 400 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.