CƏMİYYƏT


Müştərilərin şəxsi hesablarından 178 min dollar oğurlayan hakerlər saxlanılıb

Araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Hüseynov və Mingəçevir şəhər sakini Şahin Əhmədli xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə 178 min dollar məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürüblər. Bundan sonra pullar dəstə üzvləri tərəfindən nağdlaşdırılıb.