CƏMİYYƏT


Yol polisi Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücü və piyadalara müraciət edib

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.