CƏMİYYƏT


Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri açıqlanıb

Mayın 23-də BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, hesabatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EIGE) Böyük Britaniyada (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.