CƏMİYYƏT


Avroliqanın finalı ərəfəsində 24 saat fəaliyyət göstərən qərargah yaradılıb

UEFA Avropa Liqasının final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-də 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.