CƏMİYYƏT


“YayFest”-in iştirakçıları kütləvi hərbi-hazırlıq təlimlərini izləyib

Şahdağ Turizm Mərkəzində təşkil olunan “YayFest” gənclər düşərgəsinin iştirakçıları iyulun 17-də kütləvi hərbi-hazırlıq təlimlərini izləyib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdirilib.