CƏMİYYƏT


Metropolitendə cibgirlik edən Masallı rayon sakini tutulub

Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub. Araşdırmalarla onun cari il oktyabrın 10 və 11-də iki qadın sərnişinin cibgirlik yolu ilə “Samsung” markalı mobil telefonunu oğurladığı məlum olub.