CƏMİYYƏT


Cəlilabadda narkotik satan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad rayonu Günəşli kənd sakini Vasif İsmayılov əldə edilən əməliyyat məlumatı əsasında saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman kibrit qutusunda qablaşdırılan 2,509 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq V.İsmayılovun idarə etdiyi “VAZ 2121” markalı avtomobildən əlavə olaraq 3,288 qram 12 büküm qurudulmuş marixuana, 2,125 qram narkotik vasitə metamfetamin, 15,487 qram 4 büküm həşiş qətranı və 5 ədəd kibrit qutusunda 28,135 qram çətənə bitksinin toxumları aşkar olunaraq götürülüb. V.İsmayilov narkotik vasitələrin ona məxsus olduğunu və həmyerlisi Qoşqar adlı şəxsdən aldığını bildirib.