İQTİSADİYYAT


Xəzər rayonunda 20 kilometrədək daxili küçə və yollarda təmir işləri aparılır

2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində ümumilikdə 51 kilometr uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, asfaltlanan ərazinin sahəsi 350 min kvadratmetrdən çoxdur. Agentlik sözügedən rayon ərazisində kompleks tədbirlərini 2020-ci ildə də davam etdirir. Hazırda Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində uzunluğu 20 kilometrə yaxın daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir.