CƏMİYYƏT


AHİK 76 şəhər və rayondakı 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatı göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir.