CƏMİYYƏT


Test nəticələri daha SMS vasitəsilə göndərilməyəcək AÇIQLAMA

Vətəndaşlara test nəticələri daha SMS vasitəsilə göndərilməyəcək. 
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, xəstələr artıq E-TƏBİB proqramı vasitəsilə nəticələri öyrənə bilər.