CƏMİYYƏT


Sabahdan kafe və restoranlar açılış üçün hazırlığa başlayacaq

Operativ Qərargah iaşə obyektlərinə avqustun 18-dən açıq havada xidmət göstərməyə icazə verib. Bəzi kafelər artıq hazırlığa başlayıb, digərləri isə bunu sabahdan etməyi planlaşdırır. Qaydalara əsasən, üç tərəfi açıq sahəyə malik olan kafe və restoranlar müştəri qəbul edə biləcək. Stollar arasında məsafə olmalı, masalar üzərinə dezinfeksiyaedici məhlul qoyulmalıdır.