CƏMİYYƏT


Sabirabadda “KamAZ” “Vito” ilə toqquşub, xəsarət alan var

Sabirabadda yol qəzası qeydə alınıb. Hadisə bu gün saat 17 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.AZƏRTAC xəbər verir ki, hadisə zamanı 66-BL-914 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını və 90-MK-208 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza nəticəsində “KamAZ”ın sürücüsü xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.