CƏMİYYƏT


Qubada soyğunçuluq edən Xaçmaz sakini saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları soyğunçuluq edərək, vətəndaşın mobil telefonunu ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzovu saxlayıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Ə.Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.Faktla əlaqədar həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.