CƏMİYYƏT


FHN: Düşmənin atəşi nəticəsində Tərtər rayonunda iki evdə və bir təsərrüfat obyektində yanğın baş verib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin bir hissəsinin yanmasına səbəb olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əraziyə cəlb olunan müvafiq qüvvələri evin qalan hissəsini yanğından mühafizə ediblər.