CƏMİYYƏT


27 illik yurd həsrəti sona yetdi

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 34 kəndi düşməndən azad edilib. Ard-arda gələn zəfər xəbərlərini göz yaşları ilə qarşılayan Mincivan qəsəbə sakinləri tezliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər.