CƏMİYYƏT


Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılır

Son günlərdə koronavirusa yoluxanların sayında artımın olması nəzərə alınaraq, oktyabrın 24-də və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt üzrə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti - on beşinci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin çoxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin iki gün ərzində keçirilməsi qərara alınıb.