CƏMİYYƏT


Şuşanı ailəsi ilə birlikdə gəzmək könüllü döyüşlərə qatılan Elnurun ən böyük arzusu idi

Şuşanı ailəsi ilə birlikdə gəzmək 28 yaşlı şəhid Elnur Həsənovun ən böyük arzusu idi. O, bunu görməsə də, onun bu arzusu reallaşdı, Şuşa düşmən tapdağından azad oldu. İndi Şuşa mənzərəsini seyr edib, onun havasını ciyərlərinə çəkən, o torpaqlara ayaq basan hər kəs bunun şəhidlərimizin, qazilərimizin qanı bahasına gerçəkləşdiyini anlayır.