CƏMİYYƏT


Narkotik satışı ilə məşğul olan şəxsdən 4 kiloqram heroin və tiryək aşkar edilib

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki selofan torbaya baxış zamanı külli miqdarda – 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkar edilərək götürülüb.