CƏMİYYƏT


FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib. Vətən müharibəsi zamanı göstərdikləri xidmətlərinə görə yanğınsöndürənlərə fəxri fərman və hədiyyələr təqdim edilib.AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən cəbhəboyu zonada xidmət edən FHN əməkdaşları ilə görüşlərə start verilib. Növbəti belə görüş Ağdam rayon Dövlət Yanğından Mühafizə hissəsində təşkil olunub.