CƏMİYYƏT


"Sinovac" COVID-19 virusuna qarşı illik peyvənd istehsalı gücünü 1 milyard dozaya çatdıracaq

Çinin "Sinovac Biotech" şirkəti COVID-19 virusuna qarşı peyvəndə olan yerli və xarici tələbatı ödəmək üçün illik vaksin istehsalı gücünü 1 milyard dozaya çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri İn Veydon açıqlama verib. O, fevralda ikinci istehsal xəttinin istifadəyə verilməsi nəticəsində yeni növ koronavirusa qarşı olan "CoronaVac" peyvəndinin illik istehsal gücünü 1 milyarda çatdırmağın mümkün olacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır