CƏMİYYƏT


Qubada çətənə bitkiləri becərən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Barlı kənd sakini Fərman Mirişovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.