SİYASƏT


Fransa Milli Assambleyasında bu ölkənin müstəmləkəçi zorakılıqlarından danışılıb

Azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən, lakin fundamental hüquqları pozan Fransa müstəmləkə siyasətini hələ də davam etdirir. Dənizaşırı ərazilərin və departamentlərin əhalisi hələ də ötən əsrlərdə fransız müstəmləkə siyasətinin travmalarından qurtula bilməyib. Müstəmləkəçiliyin, zorakılığın səbəb olduğu yaradan qurtulmaq, onların bir daha təkrarlanmaması və gənc nəslin əcdadlarının yaşadıqları bu əzab-əziyyəti unutmaması məqsədilə həmin ərazilərin yerli xalqlarının nümayəndələri seminarlar, kollokviumlar və konfranslar təşkil edir.

Parisdə Milli Assambleyada solçu demokrat və respublikaçı parlamentar qrupun və Lui Juane İnstitutunun (IFJD-Institut Louis Joinet) birgə təşkilatçılığı ilə “Qviananın hindi əhalisinə dair həqiqət komissiyası” adlı kollokvium keçirilib.